...

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işini rəsmi hissədən sonra davam etdirir (FOTO)

Siyasət Materials 30 İyun 2022 13:45 (UTC +04:00)
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işini rəsmi hissədən sonra davam etdirir (FOTO)

Bakı. Trend:

Xəbər verildiyi kimi, iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlayıb.

Trend xəbər verir ki, rəsmi hissədən sonra konfrans işini nümayəndə heyətlərinin rəhbərlərinin çıxışı ilə davam etdirir.

Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatlarının təmsilçiləri iştirak edirlər. Nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrləri də yer alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti