...

Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan quruculuq işləri vətəndaşların rifahına yönəlib - Soltan Məmmədov (FOTO/VİDEO)

Siyasət Materials 7 İyul 2022 15:18 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan quruculuq işləri vətəndaşların rifahına yönəlib - Soltan Məmmədov (FOTO/VİDEO)

Bakı. Trend:

Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti ilə həyata keçirilən abadlıq-quruculuq işləri vətəndaşların, paytaxt sakinlərinin və ölkəmizin qonaqlarının rahat istirahətinə, layiqli həyat şəraitinin təmin edilməsinə yönəlib. Bu gün Azərbaycanın hər bir bölgəsində, xüsusilə də Bakı şəhərində quruculuq işləri həyata keçirilir. Bakının davamlı inkişafı, memarlq üslubunun və tarixinin qorunması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Dövlət başçsının Ramana qəsəbəsində görülən abadlıq işləri, burada reallaşdırılan layihələrlə tanış olması bu siyasətin davamıdır.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Milli Məclisin deputatı Soltan Məmmədov bildirib. S.Məmmədov qeyd edib ki, bu gün ölkəmizin digər bölgələri ilə yanaşı, Bakı şəhəri də sürətlə müasirləşir, paytaxtın siması gündən-günə göz oxşayır: “Bununla yanaşı, Bakı kəndlərinin sosial inkişafı, müasir infrastrukturun qurulması prosesi gedir. Bakının ətraf kənd və qəsəbələrinin tarixinin qorunmasına da ciddi önəm verilir. İnsanların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramları həyata keçirilir. Təxminən iki il əvvəl Balaxanı qəsəbəsinin abadlaşdırılması, ardınca isə Ramana qəsəbəsində görülən işlər vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir”.

S.Məmmədov onu da bildirib ki, bun layihələr davamlıdır və Bakının digər qəsəbə və kəndlərində - Əmircan, Buzovna, Mərdəkan, Türkan, Zirə, Şüvəlan, Binə və digər ərazilərdə də paralel aparılır: “Bu layihələr təkcə infrastruktur imkanlarının genişləndirilməsi deyil, həm də insanların məmnunluğu, tarixi abidələrin qorunub saxlanması baxımından önəmlidir. Eyni zamanda, əhalinin sosial rifahının yüksəldilməsi, təhsil, səhiyyə xidmətlərinin müasirləşməsi istiqamətində də işlər davam edir və bu, dövlətimizin əsas prioritetlərindən biridir. Əlbəttə ki, bütün bunlar hər birimizi sevindirir”

Millət vəkili daha sonra qeyd edib ki, bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da sürətli bərpa-quruculuq işləri həyata keçirir. Ölkədə realllaşan kompleks layihələr Azərbaycanın öz imkanları hesabına aparılır və işlərin miqyası bir daha göstərir ki, güclü dövlətimiz və iqtisadiyyatımız var: “Bu gün Azərbaycan həm ordusunu daha da gücləndirir, həm bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün çalışır, həm də dünya ilə etibarlı tərəfdaşlıq edir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir və ölkəmizin nüfuzu durmadan artır”.

Trend müsahibənin videovariantını təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti