...

Ceyhun Bayramov Sergey Lavrovla bölgədə nəqliyyat və tranzit məsələlərini müzakirə edib

Siyasət Materials 20 İyul 2022 20:12 (UTC +04:00)
Ceyhun Bayramov Sergey Lavrovla bölgədə nəqliyyat və tranzit məsələlərini müzakirə edib

Bakı. Trend:

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb.

Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti