...

Prezident İlham Əliyev: Göygöl, Masallı və Lerik rayonlarını turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir

Siyasət Materials 25 İyul 2022 14:40 (UTC +04:00)
Prezident İlham Əliyev: Göygöl, Masallı və Lerik rayonlarını turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir

Bakı. Trend:

Göygöl, Masallı və Lerik rayonlarını turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti