...

Prezident İlham Əliyev Slovakiya Prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 1 Sentyabr 2022 10:59 (UTC +04:00)
Prezident İlham Əliyev Slovakiya Prezidentinə təbrik məktubu göndərib

Bakı. Trend:

Prezident İlham Əliyev Slovakiya Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim rifah və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti