...

Tanınmış səyyahlar Füzulinin Merdinli kəndindəki məscidi ziyarət ediblər (FOTO)

Siyasət Materials 9 Sentyabr 2022 09:49 (UTC +04:00)
Tanınmış səyyahlar Füzulinin Merdinli kəndindəki məscidi ziyarət ediblər (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Füzuli. Trend:

Tanınmış səyyahlar Füzulinin Merdinli kəndindəki məscidi ziyarət ediblər.

Trend-in müxbirinin verdiyi məlumata görə, səyyahlar işğalçıların dağıtdığı və heyvan saxladığı məscidə baş çəkiblər.

Onlara erməni vəhşiliyindən, işğalçıların törətdiyi sonsuz dağıntılardan danışılıb.

Səyyahlar məlumat verilib ki, bu torpaqların Ermənistana məxsus olduğunu iddia edən ermənilər 30 il ərzində məhv etməkdən başqa heç nə etməyiblər:

"Müsəlmanlar üçün müqəddəs bir yerdə bilərəkdən donuz saxlayıblar. Bu gün də Azərbaycan işğaldan azad edilmiş torpaqlarda mədəniyyət ocaqlarını bərpa etməkdə davam edir".

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti