Cəbrayıl. Trend:
Xarici səyahətçilər Xudafərin körpüsündə olublar.
Trend-in müxbirinin verdiyi məlumata görə, onlara buranın tarixi barədə məlumat verilib.
Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.
3 gündür davam edən səfərdə səyahətçilər ilk günü Şuşa və Ağdam şəhərlərini, ikinci günü Füzuli, Xocavənd rayonu, bu gün-son gün isə Zəngilan və Cəbrayılı ziyarət ediblər.
Sentyabrın 10-dək davam edən səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.