...

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Siyasət Materials 13 Sentyabr 2022 21:41 (UTC +04:00)
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Bakı. Trend:

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin "Twitter" səhifəsində bildirilib.

"Azərbaycan ilə Ermənistan arasında sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına başsağlığı, səbr diləyirik", - deyə paylaşımda deyilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti