...

Çexiya XİN Ermənistanın Azərbaycan sərhədindəki təxribatına münasibət bildirib

Siyasət Materials 14 Sentyabr 2022 14:50 (UTC +04:00)
Çexiya XİN Ermənistanın Azərbaycan sərhədindəki təxribatına münasibət bildirib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Azərbaycan-Ermənistan sərhədində insan itkilərinə gətirib çıxarmış toqquşmalardan narahatlığını ifadə edir.

Trend-in məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

"Heç bir silahlı toqquşma Cənubi Qafqaza dayanıqlı sülh gətirə bilməz. Danışıqları davam etdirmək lazımdır", - bəyanatda deyilir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində toqquşma baş verib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti