...

Milli Məclisin sədri İndoneziyaya səfər edəcək

Siyasət Materials 3 Oktyabr 2022 16:48 (UTC +04:00)
Milli Məclisin sədri İndoneziyaya səfər edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərinə səfər edəcək.

Parlamentdən Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin sədrinin müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcəyi gözlənilir.

Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti