...

Prezident İlham Əliyev: Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik

Siyasət Materials 5 Oktyabr 2022 11:58 (UTC +04:00)
Prezident İlham Əliyev: Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik

Bakı. Trend:

Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağdamda Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"İndi biz burada - işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti