...

Norveç və Azərbaycan Avropanın Rusiya neftindən asılılığını azaltmaq cəhdində ümid etdiyi iki ölkədir - Çexiyanın baş naziri

Siyasət Materials 7 Oktyabr 2022 06:34 (UTC +04:00)
Norveç və Azərbaycan Avropanın Rusiya neftindən asılılığını azaltmaq cəhdində ümid etdiyi iki ölkədir - Çexiyanın baş naziri

Bakı. Trend:

Norveç və Azərbaycan Avropanın Rusiya neftindən asılılığını azaltmaq cəhdində ümid etdiyi iki ölkədir.

Trend-in məlumatına görə, bunu Çexiyanın baş naziri Petr Fiala Aİ-27 qeyri-rəsmi sammitinin və Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

P.Fialanın sözlərinə görə, Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlərdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

O qeyd edib ki, Avropa ölkələri Rusiyadan enerji təchizatından asılılığı azaltmaq üçün addımlar atarkən, Norveç və Azərbaycan Avropanın ümid etdiyi iki ölkədir.

“Bu ölkələr bu mənada çox önəmlidir”, - deyə Çexiyanın baş naziri bildirib.

Xəbər lenti

Xəbər lenti