...

Prezident İlham Əliyev Rusiya ilə əməkdaşlıq haqqında: Biz bütün sahələrdə müsbət dinamika görürük

Siyasət Materials 13 Oktyabr 2022 20:47 (UTC +04:00)
Prezident İlham Əliyev Rusiya ilə əməkdaşlıq haqqında: Biz bütün sahələrdə müsbət dinamika görürük

Bakı. Trend:

Biz bütün sahələrdə müsbət dinamika görürük.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 13-də Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Dövlət başçısı bildirib: "Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var. Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə - müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. Siz qeyd etdiniz, təsdiqləmək istəyirəm ki, iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. İndi müəyyən etdiyimiz və bundan əvvəlki görüşlərdə razılaşdırdığımız layihələr bizə qarşılıqlı ticarəti daha da artırmaq imkanı verəcək. Həmçinin nəqliyyat, energetika sahələrində və humanitar sahədə əməkdaşlıqla bağlı məsələlər. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin, əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti