...

Bu deputatlara yeni vəzifə verildi

Siyasət Materials 2 Dekabr 2022 11:54 (UTC +04:00)
Bu deputatlara yeni vəzifə verildi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin 12 yeni parlamentlərarası işçi qrupu yaradılır.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə edilib.

Layihəyə əsasən, Aydın Hüseynovun Azərbaycan-Banqladeş, Elşən Musayevin Azərbaycan-Brundi, Rəşad Mahmudovun Azərbaycan-Efiopiya, Afət Həsənovanın Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun Azərbaycan-Qvatemala, Rəfael Hüseynovun Azərbaycan-Livan, Ramil Həsənin Azərbaycan-Nepal, Emin Hacıyevin Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin Azərbaycan-Panama, Cavid Osmanovun Azərbaycan-Sudan və Elman Nəsirovun Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilmələri təklif edilib.

Təklif səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti