Bakı. Trend:
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gedib.
Trend xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.
“Bu gün səhər mən Zəngilana yollanıram, Azərbaycanın bütün rayonlarına səfər edəcəyəm. Bu gün Zəngilanda, Ağalıda və Qubadlıda olacağam”, - deyə o qeyd edib.