...

Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq, bütün işlər 2024-cü ildə tamamlanacaq

Siyasət Materials 14 Dekabr 2022 13:53 (UTC +04:00)
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq, bütün işlər 2024-cü ildə tamamlanacaq

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq, bütün işlər 2024-cü ildə tamamlanacaq.

Trend-in məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.

Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti