Bakı. Trend:
“ASAN xidmət” konsepsiyasının gətirdiyi digər bir yenilik xidmətin fəaliyyətə başladığı ilk gündən könüllülərin cəlb edilməsi olub.
Trend xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dekabrın 15-da Bakıda işə başlayan “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısının müraciətində qeyd edilib ki, könüllülər öz müsbət enerjiləri və müasir dünyagörüşləri ilə vətəndaşlara xidmət sahəsinə yeni nəfəs gətirmişlər. Beləliklə də Azərbaycanda könüllülük hərəkatı geniş vüsət almış və hazırda ictimai həyatın bütün sahələrində öz səmərəsini göstərməkdədir.