Bakı. Trend:
Gələn il Avropaya ən azı 11,6 milyard kubmetr qaz ixracı gözlənilir.
Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda çıxışı zamanı deyib.
"Bu ilin iyulunda, xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq və biz həmin sənədin icrasına artıq başlamışıq. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir, bu il 11,3 milyard kubmetrdir. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün, 2021-ci ildə, o, 19 milyard kubmetr təşkil edirdi", - dövlət başçısı bildirib.