Bakı. Trend:
İrəvan sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin sabaha planlaşdırılan görüşündə iştirakdan imtina edib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycan və Rusiya xarici işlər nazirləri İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.
“İrəvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etmək üçün dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşündə iştirakdan imtina etmək qərarına görə təəssüf hissi ifadə olunub”, - deyə nazirlər arasında telefon danışığından sonra Rusiya XİN-in yaydığı bəyanatda deyilir.