...

Lavrov Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışdı

Siyasət Materials 29 Dekabr 2022 11:53 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesinə hər cür yardım göstərir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, təmasların dinamikasını təyin edən və gələcək sülh müqaviləsinin məzmununu müəyyən edən məhz Bakı və İrəvandır.

S.Lavrov bildirib ki, həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər iki tərəfin maraqlı olduğu formada və həcmdə hər cür köməklik göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti