Bakı. Trend:
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsini təsdiq edib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin gəlirləri 8 990 947,2 min manat, xərcləri isə 11 392 336,5 min manat məbləğində təsdiq edilir.
Müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023- cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır.