...

Ermənistan Azərbaycanla Praqada əldə olunmuş razılaşma əsasında sülh sazişi imzalamağa hazırdır - Paşinyan

Siyasət Materials 18 Yanvar 2023 17:12 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan Azərbaycanla Praqada əldə olunmuş razılaşma əsasında sülh sazişi imzalamağa hazırdır.

Trend-in erməni KİV-inə istinadən bildirdiyinə görə, bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Qeyd edək ki, ötən ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə dördtərəfli görüşündən sonra qəbul edilmiş bəyanatda Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Praqada, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyərək bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar.

Həmçinin, tərəflər bunun sərhədlərin delimitasiyası üzrə komissiyaların işi üçün əsas olacağını təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti