Bakı. Trend:
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur.
Trend-in məlumatına görə, Milli Məclisim Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında
Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası
haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun
layihəsi müzakirə edilib. Konvensiyada qeyd olunur ki, sənəd
iqtisadi fəaliyyətin bütün sahələrinə tətbiq edilir. Konvensiyaya
əsasən, əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti üzrə
qanun və qaydaların tətbiq edilməsi adekvat və müvafiq təftiş
sistemi ilə təmin olunur. Hüquqi öhdəliklərin yerinə yetirilməsində
kömək göstərilməsi məqsədilə işəgötürənlər və işçilərin
təlimatlandırılması üçün müvafiq tədbirlər görülür. Sənəddə digər
müddəalar da öz əksini tapıb.
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
