Bakı. Trend:
Azərbaycan tərəfi danışıqlara sadiq olduğunu bəyan edib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, ən qısa zamanda istənilən növbəti görüşün keçirilməsi və sülh müqaviləsi üzrə növbəti danışıqları davam etməyə hazır olduğumuzu bildirmişik:
"Məsələ qarşı tərəfin üzərindədir: “Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır. Ermənistan bunu başa düşmürsə, bu onların çox səhv siyasətinin nümayişidir”.
Qeyd edək ki, Moskvada keçirilməli olan üçtərəfli görüşün növbəti raundunu Ermənistan tərəfi pozub.