...

Misir prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Siyasət Materials 25 Yanvar 2023 17:07 (UTC +04:00)
Misir prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Bakı. Trend:

Misir prezidenti Əbdül-Fəttah Əs-Sisi yanvarın 27-28-i Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə xəbər verib.

“Səfər proqramı haqqında məlumat qısa zamanda veriləcək”, - müsahib agentliyə deyib.

Mənbənin verdiyi məlumata görə, Misir prezidenti Azərbaycandan sonra Ermənistana səfər edəcək.

Qeyd edək ki, Azərbaycanla Misir arasında siyasi, iqtisadi və mədəni sahələrdə möhkəm əlaqələr mövcuddur. Ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam oldu.

Azərbaycan parlamentində Azərbaycan-Misir parlamentlərarası ələqələr üzrə işçi qrup fəaliyyət göstərir. Bu günədək Azərbaycan və Misir müxtəlif sahələrdə əməkdaşlıq üzrə 60 sənəd imzalayıb. Son statistikaya əsasən, Azərbaycan və Misir arasında əmtəə dövriyyəsi 2022-ci ilin yekunları üzrə 16,1 milyon dollar təşkil edib ki, bunun da 2,5 milyon dolları Azərbaycandan Misirə ixracın, 13,6 milyon dolları isə ölkədən idxalın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti