...

İƏT İrandakı səfirliyə hücumla əlaqədar Azərbaycana başsağlığı verib

Siyasət Materials 30 Yanvar 2023 17:29 (UTC +04:00)
İƏT İrandakı səfirliyə hücumla əlaqədar Azərbaycana başsağlığı verib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikasının Tehrandakı səfirliyində bir əməkdaşın ölümü, iki nəfərin yaralanması ilə nəticələnən faciəvi insidentlə bağlı dərin hüznlə başsağlığı verib.

Trend bu barədə təşkilata istinadən xəbər verir.

"Həlak olan əməkdaşın ailəsinə və yaxınlarına, həmçinin, Azərbaycan xalqına və hakimiyyətinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Bu hadisənin tez bir zamanda və obyektiv şəkildə araşdırılacağına səmimi qəlbdən inanır və bu cür faciəvi hadisələrin təşkilatın üzv dövlətləri arasındakı möhkəm tarixi və mədəni əlaqələrinə təsir göstərməyəcəyinə ümid edirik", - bəyanatda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Azərbaycanın İrandakı səfirliyindəki terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun cənazəsi dünən axşam Bakıya gətirilib və bu gün ikinci Şəhidlər Xiyabanında dəfn olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti