...

İranda səfirliyə qarşı törədilmiş terror aktının qarşısını alan şəxslər təltif edildi - SƏRƏNCAM

Siyasət Materials 3 Fevral 2023 15:27 (UTC +04:00)
İranda səfirliyə qarşı törədilmiş terror aktının qarşısını alan şəxslər təltif edildi - SƏRƏNCAM

Trend-i buradan izləyin

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncamla 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:

1-ci dərəcəli “Rəşadət” ordeni ilə

Tağıyev Vasif Natiq oğlu

“Vətən uğrunda” medalı ilə

Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra)

İmanov Mahir Kamil oğlu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti