...

Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi açıqlanıb

Siyasət Materials 3 Fevral 2023 16:25 (UTC +04:00)
Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin sədri Rövşən Rzayev komitədə keçirilən kollegiya iclasında deyib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar qarşıda mühüm vəzifələr durur.

“Onların tam və vaxtında yerinə yetirilməsi üçün bütün imkanların səfərbər edilib. Ölkə rəhbərinin tapşırığına əsasən, bu il Laçın şəhəri, Zabux və Sus kəndlərinin, Şuşa və Zəngilan sakinlərinin doğma yurda qayıdışı təmin edilməlidir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti