...

İranda Azərbaycan səfirliyinə hücumu pisləyirik - Yunus Kılıc

Siyasət Materials 4 Fevral 2023 17:15 (UTC +04:00)
İranda Azərbaycan səfirliyinə hücumu pisləyirik - Yunus Kılıc

Bakı. Trend:

İranda Azərbaycan səfirliyinə hücumu pisləyirik. İran səfirliyin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilməyib.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Yunus Kılıc bu gün jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin dostluğu daha da möhkəmlənir.

“Türkiyə hər zaman Azərbaycanın yanındadır və xain planların həyata keçirilməsinə imkan vermərik”, - deyə o qeyd edib.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti