...

Azərbaycandan Türkiyəyə göndərilən humanitar yardımın həcmi açıqlanıb

Siyasət Materials 18 Fevral 2023 11:23 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında qeyd edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 39 672 nəfər həlak olub.

Yardımla bağlı statistik infoqrafikanı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti