...

Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək - Ayxan Hacızadə

Siyasət Materials 26 Fevral 2023 10:58 (UTC +04:00)
Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək - Ayxan Hacızadə

Bakı. Trend:

Azərbaycan Xocalı soyqırımı üçün ədalət tələb etməyə davam edəcək.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün ermənilərin mülki azərbaycanlılara qarşı törətdiyi ən ağır cinayətlərdən biri olan, bir gecədə 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın ölümü ilə nəticələnən Xocalı Soyqırımının 31-ci ildönümüdür..

Biz bunu heç vaxt unutmayacağıq və bağışlamayacağıq!

Biz Xocalıya ədalət tələb etməyə davam edəcəyik", - deyə A.Hacızadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti