...

Bu günə qədər Xəzər hövzəsində türk dünyası ölkələri ilə hərtərəfli layihələri uğurla həyata keçirmişik - Ərdoğan

Siyasət Materials 16 Mart 2023 14:29 (UTC +04:00)
Bu günə qədər Xəzər hövzəsində türk dünyası ölkələri ilə hərtərəfli layihələri uğurla həyata keçirmişik - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz bu günə qədər Xəzər hövzəsində türk dünyası ölkələri ilə neft, təbii qaz, elektrik enerjisi sahələrində hərtərəfli layihələri uğurla həyata keçirmişik.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

"Dayanıqlı enerji təchizatı və enerji qiymətlərinin münasib səviyyələrə çatdırılması iqtisadiyyatlarımız üçün böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri 16 ildir ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına nəql edir", - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir. Bu tədbirin Ankarada keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Belə ki, daha əvvəl Zirvə görüşünün Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti