...

Dövlət Gömrük Komitəsinin sədri İtaliya Respublikasının səfiri ilə görüşüb

Siyasət Materials 30 Mart 2023 23:29 (UTC +04:00)

Bakı. Trend:

Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Azərbaycanla İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən, həmçinin gömrük sferasında daha səmərəli və işgüzar əlaqələrin qurulmasının vacibliyindən bəhs edilib. İtaliya Respublikasının Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğu, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı və tənzimlənməsinə gömrük orqanlarının da mühüm töhfə verdiyi bildirilib. Eyni zamanda iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti