Bakı. Trend:
Dünya nizamında baş verən dalğalanmalar beynəlxalq siyasi-iqtisadi sistemində yeni çağırışlar meydana gətirib. Bu çağırışlar yeni əməkdaşlıq platformaların yaradılması, tranzit marşurutların xəritələrinin dəyişilməsi və enerji resursların yeni mənbələrdən idxal olunmasını zəruri edib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində həyata keçirilən beynəlxalq tranzit layihələri və karbohidrogen resurslarının ixrac kəmərləri Azərbaycanı etibarlı tərəfdaş kimi dünyaya tanıdıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, Avropa İttifaqının təbii qazla təminatında alternativsiz marşruta çevrilmiş Cənub Qaz Dəhlizi lahiyəsi gündəmə gətiriləndə bu lahiyəni perspektivsiz bir layihəyə kimi baxanlar bu gün Azərbaycanla əməkdaşlıq etmək və qazımızın istehlakçısı olmaq üçün ölkəmizə müraciət edirlər.
“Son 30 ildə icra etdiyimiz lahiyələr Azərbaycanı dünyada sözü imzası qədər dəyərli bir ölkə olduğunu sübut edib.
Rusiya-Ukrayna müharibəsinin davam etməsi Avroapa İttifaqının enerji təminatında müəyyən çətinlik yaradıb. Bu çətinliyin aradan qalxmasında Azərbaycan qazı əvəz olunmaz mənbə rolunu oynayır. 2020-ci ilin dekabrın sonunda istismara buraxılmış TAP ixrac boru kəmərinin şaxələnməsi sürətlə davam etdirilir.
18 iyul 2022-ci ildə Avropa Komisiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumun imzalnamsı ilə 2027-ci ilə qədər Avropa İttifaqına ixrac etdiyimiz qazın həcmi iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacaqdır. Bu memorandumun imzalanmasından keçən dövürdə ixrac etdiyimiz həcimlərdə kifayət qədər artımlar baş vermişdir. Keçən il Yunanıstan - Bolqarıstan qaz interkonnektorun istifadəyə verilməsi Azərbaycan qazını Balkan öılkələrinə qədər çatdırmaq imkanı yaradıb”, - deyə deputat bildirib.
A.Badamov qeyd edib ki, 25 apreldə Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində imzalanan “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. İmzalanmış sənədlərə əsasən İnfrastrukrurun genişləndirilməsi Azərbaycan qazının avropalı alıcıların sayını 6-dan 10-a artıracaqdır.
“İmzalnma mərasimində iştirak edən bütün tərəflər Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha ifadə etdilər. Azərbaycan Avropaya ancaq qaz ixracı etməklə kifayətklənmir. Azərbaycanın neft və neft-kimyası məhsulları da Avroapaya ixrac olunur. İndi yeni bir ixrac layihəsinin reallaşdırılması üzərində işlər aparılır. Bu, bərpa olunan enerjisinin və yaşıl hidrogenin Avropaya ixracı layihəsi olacaqdır. Azərbaycanın bərpaolunan enerji potensialı ilkin hesablamalara görə 200 qiqivat dəyərləndirlilir.
Artıq 25 qiqvaat gücünün yaradılması istiqamətində investisiya lahiyələrin icrasına başlanmışdır. Qara dənizin dibi ilə yeni marşurutların əmələ gətirilməsi Azərbaycanın bərpaolunan enerjisinin də Avropaya çatdırılmasına imkan verəcəkdir. Azərbaycanın Avropaya enerji resurslarının ixracı və iqtisadi bağalarımızın möhkəmlənməsi dünyada ölkəmizin sözünün gücünü də artırır”, - deyə deputat əlavə edib.