...

Xankəndidəki "bazarlıq" kimin ideyasıdır? - Paşinyan cəsarətsiz görünür

Siyasət Materials 22 May 2023 15:21 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndidə qondarma xunta rejimi arasında qızışan "taxt savaşı" guya ki, qızışıb.

Bu barədə Trend-ə açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

"Əslində isə olanlar onu göstərir ki, biz səhnəciyin şahidiyik. Bu səhnəcik Xankəndindən qıraqda olan qüvvələr tərəfindən qızışdırılır. Qeyd etmək lazımdır ki, Xankəndindəki ermənilərlə separatçılar arasında hakimiyyət uğrunda mübarizə gedir. Onlar Azərbaycanla sülhün bağlanmasının tərəfdarı deyillər. Siyasi elita arasında klanlar arasında mübarizə gedir. Bu mübarizə iki il əvvəldən başlayıb. Vitali Balasanyan, Araik Artunyan, Bako Saakyan və hazırda orda olan bir qrup millət vəkilləri və digərləri qruplaşmaya aid olduqlarını göstərməkdədirlər. Artıq klanlararası gizli savaş açıq müstəviyə keçməkdədir. Onların əsas bəhanəsi Paşinyanın Azərbaycanla danışıqlar aparır. Belə olduqda guya ki, onlar bugünki fəaliyyətlərini itirə bilərlər. Biz bilirik söhbət oyuncaq qurumdan gedir. Görünən odur ki, Paşinyana yaxın qüvvələr, Rusiyaya, keçmiş Ermənistan liderlərinə yaxın qüvvələr arasında bir "bazarlığın" da getməsinin şahidi olmaqdayıq. Onların hər biri bilməlidir ki, Azərbaycan üçün orda kim hansı vəzifəni daşıyır. Hazırda Qarabağın dağlıq hissəsində həll ediləsi məsələ qondarma qrumun müxtəlif institutları tədricən ləğv edilməlidir. İlkin mərhələdə qeyri-qanunu birləşmələr ləğv edilməlidir. Təbii ki, bundan sonra növbə digər qurumların da ləğvinə sıra çatacaq", - deyə o bildirib.

Politoloq qeyd edib ki, erməni tərəfi başa düşməlidir ki, Qarabağın Azərbaycan torpağı olması beynəlxalq aləmdə heç kimdə şübhə doğurmur.

"Vaşinqton və Brüssel müzakirələrində də qərbin bu istiqamətdə nə olduğu hər kəsə bəlli oldu. Nikol Paşinyan əslində bir-iki il sonra nələrin baş verəcəyini yaxşı bilir. Çox zaman publikaya oynamaqla və vaxtı uzatmaqla, cəsarətsizlik nümayiş etdirməklə məşğuldur. Biz Laçın-Xankəndi yolunda sərhəd keçid məntəqəsinin qoyulmasından sonra digər çağırışlarən nədən ibarət olduğunu yaxşı bilirik. Tez bir zamanda Qarabağın dağlıq hissəsində olan ermənil separatçıları təslim olmalı və danışıqlara başlanılmalıdır. Əks təqdirdə bunu Azərvaycan edəcək. Hazırda region ətrafında baş verələr Azərbaycabı tələsməyə sövq edir. İndi nə Ermənistan nə də ki, Qarabağın dağlıq hissəsində yaşayan ermənilər söz sahibi deyillər. Azərbaycan bu məsələləri bəlli reginal və beynəlxalq oyunçularla həll edəcək", - deyə Z.Məmmədov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti