...

Ermənipərəst lobbiçi Lindsi Snell Şuşa Qlobal Media Forumunu ziyarət edən jurnalistləri təqib etməyə başlayıb

Siyasət Materials 3 Avqust 2023 11:54 (UTC +04:00)
Ermənipərəst lobbiçi Lindsi Snell Şuşa Qlobal Media Forumunu ziyarət edən jurnalistləri təqib etməyə başlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial mediada Azərbaycan və Türkiyəyə qarşı təxribatçı paylaşımları ilə tanınan ermənipərəst lobbiçi, amerikalı "jurnalist" Lindsi Snell növbəti dəfə Ermənistanın xəbis propaqandasının əsiri olduğunu növbəti sübut edib.

Belə ki, yaramaz jurnalist öz sosial şəbəkə hesabında 21-23 iyul tarixlərində keçirilən Şuşa Qlobal Media Forumunda iştirak edən jurnalist və ekspertlərin siyahısını paylaşıb.

O bununla faktiki olaraq bu şəxsləri təqib etməyə çağırır, onların nüfuzuna xələl yetirməyə çalışır və bunu onların guya "Qarabağda 120 min sakini blokadaya alan" ölkədə keçirilən forumda iştirak etmələri ilə əsaslandırır.

Qeyd edək ki, tədbirdə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edib. Bundan başqa, iştirakçılar arasında 60 yerli media rəhbəri və nümayəndəsi yer alıb. Əlbəttə, onların arasında keçmiş cinayətkara yer yoxdur. O bu qədər böyük sayda xarici jurnalistin məmnuniyyətlə Şuşada keçirilən media forumunda iştirak etməsini, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənquma işlərini görməsini, Snelldə olmayan obyektivliyi və sağlam düşüncəni nümayiş etdirməsini sadəcə həzm edə bilmir.

Görünən odur ki, jurnalistika Lindsi Snell üçün sadəcə arxa fondur. Belə ki, o 2016-cı ilin avqustunda Suriya ərazisindən Türkiyəyə qanunsuz soxulduğu vaxt saxlanılmışdı. Elə həmin il o hərbi baxımdan qadağan olunmuş zonanın pozulmasında və casusluqda ittiham olunaraq həbs olunub və həbsxanada müəyyən müddət qaldıqdan sonra Türkiyədən deportasiya olunub.

Yaxşı olardı ki, Lindsi Snell heç olmasa arada beynini işlətsin, ayılsın və hansı informasiya "qabarcığının" içərisində olduğunu anlasın, erməni tərəfin manipulyasiyasının təsirindən çıxsın və heç bir "blokada"nın, heç bir "humanitar faciə"nin olmadığından əmin olsun, "120 min nəfər"lə bağlı uydurma rəqəmdən heç danışmırıq. Reallıq budur ki, Azərbaycan Qarabağın erməni sakinlərinin öz cəmiyyətinə reinteqrasiyasının tərəfdarıdır və onlara bərabər hüquq və azadlıqlar verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti