...

Maliyyə Nazirliyinin qurumlarına ayrılan xidməti avtomobillərin limiti dəyişib

Siyasət Materials 9 Avqust 2023 15:10 (UTC +04:00)
Maliyyə Nazirliyinin qurumlarına ayrılan xidməti avtomobillərin limiti dəyişib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyinin qurumlarına ayrılan xidməti avtomobillərin limiti dəyişib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə ayrılan xidməti avtomobillərin sayı 18-dən 13-ə, o cümlədən ərazi və yerli bölmələr üzrə isə 15-dən 10-a endirilib. Həmçinin, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə ayrılan avtomobillərin sayı 15-dən 26-a, o cümlədən, ərazi və yerli bölmələr üzrə avtomobillərin sayı 12-dən 23-ə qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti