...

Vəziyyət belə davam edərsə, antiterror əməliyyatı başlaya bilər

Siyasət Materials 14 Avqust 2023 16:12 (UTC +04:00)
Vəziyyət belə davam edərsə, antiterror əməliyyatı başlaya bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda yerləşən separatçı rejimin əlisilahlı quldurları, istərsə də Ermənistandakı avantürist millətçilərin və radikalların son zamanlar müharibəyə çağırış ritorikası daha da artmaqdadır.

Bunu “Elmi Araşdırmalar” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Telman Qasımov Trend-in suallarını cavablayarkən deyib.

"Hazırda Qarabağda separatçılar yenidən mövqelər möhkəmləndirməyə, silah-sursat daşımağa cəhd edir, xüsusilə də Rusiya sülhməramlılarının müşayiəti ilə bu hərəkətlər müşahidə olunur. Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədi boyunca silah-sursatın, hərbi texnikaların və şəxsi heyətin növbəti avantüraya əl atma niyyətləri gözə çarpır. Həmin qüvvələrin sərhəd boyunca toplanması müşahidə olduğu andan bəlli olur ki, Ermənistan yenidən hansısa revanşist addımlar atmağa hazırlaşır. Bu baxımdan, Los-Ancelesdə erməni millətçilərin Azərbaycan konsulluğunun binasını əhatəyə alması və ətraf küçələrin qanunsuz bağlanması, iftira dolu şüarların səslənməsindən məlum olur ki, bir mərkəzdən düymə sıxılıb", - deyə o əlavə edib.

T.Qasımov bildirib ki, separatçı rejimdə yaşayan Ruben Vardanyanın Ermənistanın baş naziri Nikol Paşinyana bir mesajı oldu ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqdan əl çəkməlidir.

"Təbii ki, burada separatçı Vardanyan Paşinyanın böyük səhv etdiyini deyir və onun səhvlərini düzəltməyə çağırış edir. Bir daha görünür ki, həm Qarabağdakı revanşist qüvvələr, həm də Ermənistandakı separatçılar birləşib yenidən terror əməliyyatlarına başlamaq istəyirlər. Son günlər baş verənlər ermənilərin vəziyyəti gərginləşdirməsinə xidmət edir. Gedişat onu göstərir ki, separatçılar belə davam edərsə, Azərbaycan antiterror əməliyyatına başlaya bilər. Belə olarsa, Ermənistan xəritə üzərində öz varlığını itirmək məcburiyyətində qalacaq. Azərbaycan sərt addımlar atmağa hazır olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti