...

IV Yay Düşərgəsinin iştirakçıları beynəlxalq təşkilatlara Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıb (FOTO)

Siyasət Materials 15 Avqust 2023 19:08 (UTC +04:00)
IV Yay Düşərgəsinin iştirakçıları beynəlxalq təşkilatlara Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıb (FOTO)

Bakı. Trend:

"Heydər Əliyev - 100" Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçiriblər.

Trend xəbər verir ki, aksiya çərçivəsində Ermənistanın mina xəritələrini və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında informasiyaları Azərbaycana təqdim etməməsinə, 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora etiraz bildirilib.

Düşərgə iştirakçıları bununla bağlı BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına yüzlərlə məktub göndəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti