...

Yaşayış yerlərini bilərəkdən hədəf almaq açıq-aşkar müharibə cinayətidir - İƏT MDİHK sədr müavini

Siyasət Materials 4 Sentyabr 2023 11:20 (UTC +04:00)
Yaşayış yerlərini bilərəkdən hədəf almaq açıq-aşkar müharibə cinayətidir - İƏT MDİHK sədr müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müharibə heç kəsin arzulamadığı hadisədir, normalda müharibə əsgərlər arasında olar. Yaşayış yerlərini bilərəkdən hədəf almaq, özü də insanlar gecə vaxtı yatmışkən buraları bombalamaq beynəlxalq hüququn pozulması, açıq-aşkar müharibə cinayətidir.

Trend xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədr müavini Hacı Ali Açıkgül deyib.

"Biz bura 4 günlük səfər üçün gəlmişik. Daha əvvəl 2021-ci ilin sentyabrında səfər etmişdik. Səfərimizin əsas məqsədi 44 günlük müharibədən əvvəlki təxminən 30 illik erməni işğalı dövründə törədilən insan hüquqları pozuntularını müəyyənləşdirmək, bunları sənədləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. Ötən gün Füzuli rayonunda səfərdə olduq. Sonra Ağdama keçdik və bu gün də Gəncədəyik.

Bizim gördüyümüz əsas insan hüquqları pozuntuları məzarlıqların yağmalanması, məzar daşlarının yerindən çıxarılması və yararsız vəziyyətə salınmasıdır. Digər tərəfdən, məscidlərin dağıdılması, salamat qalan məscidlərdə isə heyvan saxlanılmasının, xüsusən, donuz saxlanılaraq nifrət cinayəti törədilməsinin bir daha şahidi olduq. Mədəni abidələrin məhv edilməsi, insanların yaşayışına icazə verilməməsi, o cümlədən, 1 milyondan artıq insanın öz yurd-yuvasından köçməyə məcbur edilməsi əsas insan haqları pozuntuları sırasındadır", - o qeyd edib.

H.A.Açıkgülün sözlərinə görə, bunların bir çoxu eyni zamanda Cenevrə Konvensiyasına əsasən, müharibə cinayəti hesab edilir:

"Bu gün Gəncədəyik. Gəncədə 44 günlük müharibə dövründə mülki əhalinin yaşadığı yerlərə təşkil olunan raket hücumunu yerində təsbit etdik. Təəssüf ki, çox ürəkağrıdan mənzərədir. 6 azyaşlı bu hücumlarda həyatını itirib. Onların oyuncaqları burada açıq hava muzeyində nümayiş etdirilir.

Müharibə heç kəsin arzulamadığı hadisədir, normalda müharibə əsgərlər arasında olar. Yaşayış yerlərini bilərəkdən hədəf almaq, özü də insanlar gecə vaxtı yatmışkən buraları bombalamaq beynəlxalq hüququn pozulması, açıq-aşkar müharibə cinayətidir. Biz bunları hesabatımıza daxil edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti