...

İƏT beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımamağa çağırıb

Siyasət Materials 10 Sentyabr 2023 10:00 (UTC +04:00)
İƏT beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımamağa çağırıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımamağa çağırıb.

Trend xəbər verir ki, Təşkilatın bununla bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım BMT Təhlükəsizlik Şurasının, İƏT-in qətnamələri və ATƏT-in prinsipləri daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

İƏT Baş Katibliyi Azərbaycanın və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkilər”i danışıqlara xələl gətirən addım kimi qiymətləndirir.

Baş Katiblik Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması olan bu qeyri-legitim “seçkilər”i tanımır. O, BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa, Ermənistanın regionda kövrək normallaşma səylərinə təhlükə yaradan addımlar atmasının qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırır.

Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyən İƏT tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülhə və sabitliyə böyük töhfə verəcəyinə inanır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti