Bakı. Trend:
Azərbaycanın Laçın yolunda öz suverenliyini təmin etmək haqqı var.
Trend-xəbər verir ki, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.
M.Pakayinin sözlərinə görə, Azərbaycanda Qarabağda erməni separatçılarına silah göndərmək kimi hər hansı təhlükə hiss edərsə, Laçın yolunu bağlaya bilər. Pakayin bildirib ki, Laçın yolunun açılması üzrə razılaşma olsa da, bu yol Azərbaycana məxsusdur.
Sabiq səfir qeyd edib ki, Cənubi Qafqazda davamlı və ədalətli sülhün yaranması üçün ərazi bütövlüyünün tanınması əsas məsələdir.
Qeyd edək ki, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində qurulub.