...

Azərbaycan sülhməramlılara aid heç bir infrastruktura ziyan vurmayıb - "Fake” videonun PƏRDƏARXASI

Siyasət Materials 23 Sentyabr 2023 23:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Rusiya sülhməramlılarına aid anbara vəya digər infrastruktura ziyan vurmayıb.

Bu barədə Trend-in suallarınl cavablayarkən hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki,sülhməramlılar hazırda qanunsuz erməni silahlı birləşmələrinin tərkisilah edilməsi, bölgədən çıxarılmasında Azərbaycanla çox yaxından və uğurla əməkdaşlıq edir.

“Sadəcə ermənilərin bəzi mövqeləri təbii ki, sülhməramlıların yerləşdiyi kontingentin yaxınlığındadır. Lokal antiterror tədbirləri çərçivəsində həmin mövqelərə zərbələr endirilib. Bu barədə Rusiya sülhməramlıları məlumatlı idilər. Ona görə də görüntülərdə rus əsgərlərin heç bir panikaya düşməmələri əks olunur”,- deyə ekspert əlavə edib.

Qeyd edək ki, həmin mövqe Ermənistan ordusunun silahlı birləşmələrinin qalıqlarına aid olub və yüksək dəqiqliklə həmin mövqe məhv edilib. Əslində, Rusiya sühlməramlılarının yerləşdiyi yerə yaxın ərazidə hiyləgərliklə quraşdırılmış separatçı mövqe dəqiq zərbələrlə məhv edilib. Görüntülərdən də aydın olur ki, Rusiya sülhməramlıların yerləşdiyi əraziyə heç bir ziyan dəyməyib.

Xəbər lenti

Xəbər lenti