Bakı. Trend:
27 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı,
Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi,
Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə
regionda cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan
erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini,
ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün
kompleks tədbirləri davam etdirəcəyini diqqətə çatdırıb.
Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni
silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən
çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın
Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu
vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.