Bakı. Trend:
Bu gün hələ də qondarma xunta rejminin “rəhbərlər”inin bir neçəsinin Xankəndidə gizlənməsi barədə məlumatlar var. Onlar nə qədər çalışsalar da, Ermənistan tərəfə keçə bilmirlər, buna cəhd edənlər isə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Bakıya gətirilib və indiyə qədər Azərbaycana qarşı törətdikləri qanlı cinayətlərə görə cavab verəcəklər. Gizlənən separatçıların isə təslim olmaqdan başqa yolu yoxdur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, separatçılar düşünürdülər ki, onların xalqımıza qarşı cinayətləri cəzasıq qalacaq və onlar məsuliyyətdən yayına biləcək.
“İndi o seaparatçıların Azərbaycana təslim olmaqdan başqa çıxış yolu yoxdur. Hüquq-mühafizə orqanlarımız iş aparır və terrorçuların həbs edilməsi üçün zəruri tədbirlər görülür. Terrorçuların hər biri əmin olsun ki, onlar İlahi ədalət, qanun qarşısında cavab verəcəklər”, - deyə deputat əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik: