...

ABŞ-ın Cənubi Qafqazda yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir - Dövlət Departamenti

Siyasət Materials 10 Oktyabr 2023 23:45 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Cənubi Qafqazda Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı yeganə məqsədi davamlı sülh və sabitliyin təmin edilməsidir.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinq zamanı deyib.

O, həmçinin Qarabağ əhalisinin humanitar ehtiyaclarının və hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, BMT missiyası oktyabrın 1-də Qarabağa səfər edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

BMT missiyası bu gün yaydığı bəyanatda ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” iddialarını təkzib edib.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Ağdamdan yola düşən missiya Xankəndi şəhərində olub, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil sahələrindəki vəziyyətlə tanış olub. Səfər edilən ərazilərdə missiya mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binalarına, habelə mədəni və dini obyektlərə heç bir ziyan vurulmadığını aşkar edib. Missiya Azərbaycan Respublikası hökumətinin şəhərdə tibbi xidmətlərin və bəzi ictimai xidmətlərin bərpasına hazırlaşır", - deyə bəyanatda qeyd olunub.

Oktyabrın 9-da isə BMT missiyasının Qarabağa növbəti səfəri baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti