...

Tehranda “3+3” formatında iclas başlayıb (FOTO)

Siyasət Materials 23 Oktyabr 2023 17:37 (UTC +04:00)
Tehranda “3+3” formatında iclas başlayıb (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın paytaxtı Tehranda “3+3” formatında Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə iclas başlayıb.

Trend-in məlumatına görə, xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda Cənubi Qafqaz üzrə məsələlərin araşdırılması, regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və sairə) inkişaf etdirilməsi müzakirə olunur.

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.

Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti