...

Rumıniya şirkətləri azad edilən ərazilərdə investor kimi iştiraka dəvət olunub

Siyasət Materials 6 Noyabr 2023 14:37 (UTC +04:00)
Rumıniya şirkətləri azad edilən ərazilərdə investor kimi iştiraka dəvət olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub.

Trend xəbər verir ki, bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun Rumıniyaya səfəri ilə bağlı məlumatında qeyd edilib.

Bildirilib ki, bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.

Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti