...

Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır

Siyasət Materials 10 Noyabr 2023 16:58 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Moskva Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Rusiya paytaxtında görüşünü təşkil etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O qeyd edib ki, Moskva bu görüşü təşkil etməyə hazır olduğunu təsdiqləyir, lakin hələlik dəqiq tarix yoxdur.

"Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik. Bizim bu hazırlığımız dəyişməz qalır. Biz belə bir tədbirin vaxtını razılaşdırdıqda, bu barədə vaxtında elan edəcəyik”, - deyə Lavrovun müavini əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti