Bakı. Trend:
44 günlük İkinci Qarabağ Müharibəsində qələbə dövlətimiz və xalqımızın zəfəri olaraq köksümüzü fərəh hissi ilə qabartsa da, erməni işğalından azad edilmiş ərazilərdə viran qalmış kəndlər, qəsəbələr və şəhərlərin xarabazarlıq mənzərələri hər birimizi kədərləndirdi.
Təbiidir, çünki ermənilərini törətdikləri cinayətlər vəhşilik, insanlığa qarşı qəsd, xalqımızın tarixi və mədəni irsinə qarşı barbarlıq, gələcəyini əngəlləmək üçün cəhddir.
İşğaldan azad edilmiş Qarabağa səfər edən beynəlxalq ekspertlər gördükləri mənzərədən şoka düşüb, baş verənləri tutumlu terminlə - “urbisid” adlandırıblar ki, bu da Ermənistanın azərbaycanlıların Qarabağda mövcudluğunun bütün izlərini, o cümlədən Qarabağda mövcudluğunun bütün izlərini silməyə çalışdığı manyak sistematikliyi ən doğru şəkildə əks etdirirdi.
İndi Azərbaycan erməni işğalından azad edilmiş ərazilərin bərpası, normal yaşamın bərqərarı üçün "Böyük Qayıdış" proqramını həyata keçirir. Bu proqram çərçivəsində 2026-cı ilədək 140 min azərbaycanlının işğaldan azad edilmiş ərazilərə qayıtması nəzərdə tutulub.
Onlar ən müasir tələblərə cavab verən, çağdaş və rahat evlərə, o evlərin olduğu kəndlərə, qəsəbələrə və şəhərlərə dönürlər, dönəcəklər.
On minlərlə kvadrat kilometr ərazi yenidən həyata qayıdır və qaytarılır.
Bəhs etdiyimiz ərazilərin, urbisidə məruz qalmış yaşayış məskənlərimizin bərpası kimi nəhəng miqyaslı, on milyardla manat vəsait tələb edən titanik proqramı təkbaşına həyata keçirən Azərbaycanı dövlət başçısı İlham Əliyev MT-nin müvafiq qurumu ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi kursunu müəyyən etdi: Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı (BMT- HABITAT). Bakı və BMT-HABİTAT-ın gerçəkdən də, müzakirə edəcəkləri bir əsas məqam var: dünyanın heç bir yerində ölkəmizdəki qədər genişmiqyaslı bərpa işləri aparılmır.
2022-ci ilin iyununda icraçı direktor Maymunah Mohd Şərif işğaldan azad edilmiş ərazilərə səfər edən BMT agentliyinin ilk rəhbəri oldu. Yerdə olarkən o, ermənilər tərəfindən dağıdılmış Azərbaycan şəhər və kəndlərinin bərpası kimi resurs tutumlu və son dərəcə mürəkkəb işin miqyasını öz gözləri ilə hiss edə bildi.
Azərbaycan ilə BMT-HABITAT arasında əlaqələr intensivləşdikcə, ölkəmizin rəhbərliyi 2026-cı ildə Ümumdünya Şəhər Forumuna (WUF13) ev sahibliyi etmək üçün paytaxt Bakının namizədliyini irəli sürməsinə qərar verdi.
Onu da deyək ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qətnaməsinə əsasən, bu Forum iki ildən bir şəhərsalma sahəsində dünyanın ən nüfuzlu və geniş miqyaslı iştiraklı şəhərlərindən birində keçirilir. Yəni, söhbət urbanizasiya və şəhər inkişafının öyrənilməsi üçün ən böyük platformadan gedir.
Belə ki, belə bir şərəfli tədbirə ev sahibliyi etmək hüququ uğrunda mübarizədə dünyanın aparıcı ölkələrinin ondan çox şəhərinin toqquşması təəccüblü deyil. Belə ki, prezidentin qarşıya qoyduğu məqsəd - WUF13-ə ev sahibliyi etmək hüququ uğrunda yarışda qalib gəlmək asan məsələ deyildi. Amma Azərbaycan dövləti bir daha sübut etdi ki, qarşısına qoyduğu məqsədlərə, hətta ən iddialılarına belə nail ola bilər.
Ötən il forum Polşanın Katovitse şəhərində keçirilib, növbəti forum 2024-cü ilfə Misirin paytaxtı Qahirədə keçiriləcək.
Ümumdünya Şəhər Forumunun aşağıdakı məqsədləri var:
- maraqlı tərəflər və qruplar arasında, o cümlədən geniqş ictimaiyyətdə dayanıqlı urbanizasiya barədə məlumatlanma səviyyəsini artırmaq;
- şəhərlərin dayanıqlı inkişafı barədə kollektiv bilikləri bütün maraqlır tərəfləri iştirakı ilə açıq diskussiyaların keçirilməsi, əldə edilmiş təcrübə, qabaqcıl praktika və strategiyaların mübadiləsi vasitəsilə artırılması;
- dayanıqlı urbanizasiyanı genişləndirmək və sürətləndirmək məqsədilə müxtəlif maraqlı tərəflərlə əhali qrupları arasında koordinasiya ilə əməkdaşlığı gücləndirmək;
- Yeni şəhər gündəliyinin reallaşdırılması üçün çoxyönlü təşkilatların və mraaqlı tərəflərin töhvələrinin reallaşması üçün platforma.
2026-cı ildə forumun keçirilməsi üçün Bakının seçilməsi təsadüfi deyil - Azərbaycanın postmüharibə dövründə minlərlə kv.kilometr ərazini faktiki olaraq yenidən qurur, bu miqyasda quruculuq və tikintiyə çox nadir halda rast gəlmək olar.
Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumu Cənubi Qafqazda ən böyük tədbirlərdən biri olacaq. Forumda Azərbaycandan və xarici ölkələrdən maraqlı tərəflər - dövlət rəsmiləri, QHT-lər, bu sahədə çalışan mütəxəssis və ekspertlər, özəl sektorun nümayəndələri bir araya gələcək, diskussiyalar və fikir mübadiləsi aparacaq, yeni bilik və təcrübə mübadiləsi imkanı əldə edəcəklər.
Eyni zamanda, forumun iştirakçıları yenidən həyata qayıdan, genişmiqyaslı tikinti-bərpa işlərinin aparıldığı Qarabağa və Şərqi Zəngəzura səfər edəcək, Böyük Qayıdışın şahidi olacaqlar.
Təbii ki, WUF13 forumunun 2026-cı ildə Bakıda keçirilməsi şəhərsalma sahəsində dərin islahatlar, uğurla həyata keçirilən irimiqyaslı layihələr, eləcə də Azərbaycanın bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində əldə edilmiş beynəlxalq nüfuzunun və görülən işlərin həcmi ilə intensivliyinin ən yüksək səviyyəsinin nümunəsidir.